İrandan İsrailə XƏBƏRDARLIQ: “Cavabımız sərt olacaq”backend

İrandan İsrailə XƏBƏRDARLIQ: "Cavabımız sərt olacaq"

“Tehran İsrailin Dəməşqə raket hücumuna sərt cavab verəcək”.

KONKRET.az xəbər verir ki, bunu “Mehrnews”a açıqlamasında İranın Suriyadakı səfiri Hüseyn Əkbəri deyib.

“İsrail ötən 6 ayda Fələstin xalqına qarşı törədilən ağır cinayətlərdən sonra bu gün İrana qarşı hücum həyata keçirib. Bir neçə iranlı müşavir binada olub və şəhid olublar. Bu hərəkət bizim qəti cavabımızla nəticələnəcək. İndiyədək dağıntıların təmizlənməsi başa çatmayıb və 5-7 nəfər həlak olub. Dəqiq statistika daha sonra açıqlanacaq.Hazırda adları açıqlaya bilmərik”, – deyə Əkbəri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*