İrandan qaçan şahmatçı İspaniya vətəndaşlığını aldıbackend

İrandan qaçan şahmatçı İspaniya vətəndaşlığını aldı

İrandan qaçan şahmatçı Sarasadat Xademəlşəri İspaniya vətəndaşlığını alıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı qrossmeyster artıq İspaniya millisinə çağırılıb.

O, İran hakimiyyəti tərəfindən təqib olunmaqdan qorxduğu üçün ölkəsinə qayıtmaqdan imtina edib. 2015-ci ildən beynəlxalq qrossmeyster olan Xademəlşəri İran yığmasının heyətində iki dəfə Şahmat Olimpiadasına qatılıb.

Qeyd edək ki, İranda hökumət əleyhinə etiraz aksiyalarını dəstəkləyən və 2022-ci ilin dekabrında keçirilən dünya çempionatında hicabsız iştirak edən Sarasadat Xademəlşəri barəsində ölkəsində həbs qərarı verilib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*