İranın baş konsulu və iranlı alimlər Zəngəzur mis-molibden zavoduna niyə getdi? – VİDEObackend

İranın baş konsulu və iranlı alimlər Zəngəzur mis-molibden zavoduna niyə getdi? - VİDEO

İranın baş konsulu, iranlı alimlər Zəngəzur mis-molibden zavodunda olublar.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, İranın baş konsulu, İsfahan dövlət və texnoloji universitetlərinin müəllimləri Zəngəzur mis-molibden kombinatında olublar.

Onlar açıq mədənin, filizqırma və daşınma sexinin işləri ilə tanışlıqdan sonra Qafanda texniki universitetin filialında görüş keçiriblər.

P.S. Rusiya və Ermənistanın qızıl iştahı doymamış İran özünü Zəngəzur mis-molibden kombinatına “dürtüb”. İki aya yaxındır ki, işləməyən, yalnız bir qapalı mədənin işlədiyi zavodda İranın nə “iti azıb”? Deyəsən, İranın da ağzına o zavoddan pay düşüb, ona görə də damağında dad qalıb. 

Tehranın can-fəşanlıqla “qırmızı xətt” adlandırdığı Zəngəzurda yavaş-yavaş xoruzun quyruğu görünür.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*