İranlı deputat: “Qonşu ölkələrdən kişilər İrana qadınlarla eyş-işrət yaşamaq üçün gəlir”backend

İranlı deputat: "Qonşu ölkələrdən kişilər İrana qadınlarla eyş-işrət yaşamaq üçün gəlir"

İran Parlamentinin Şiraz şəhərindən seçilmiş millət vəkili Əlirza Pakfitrət sensasiya sayıla biləcək açıqlama verib.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, o, bəzi qonşu ölkələrdən turist kişilərin iranlı qadınlarla əylənmək üçün İrana səfər etdiklərini deyib. Pakfikrətin sözlərinə görə, buna səbəblərdən biri də ölkə əhalisinin ağır vəziyyətdə yaşamasıdır, yəni kəskin yoxsulluq səbəbindən qadınların əxlaqsızlıqla məşğul olması hallarının da artmasıdır.

Deputat ölkədə qadınların hicab taxmaması və ya hicabı “lazımi qaydada” taxmaması hallarının artdığından da şikayətlənib. Millət vəkili əlavə edib ki, bunun səbəblərindən biri də ölkənin rəsmi şəxslərinin ailələrindəki qadınların da məcburi hicaba riayət etməməsi hallarıdır. Bu na görə sadə xalq da qaydalara tabe olmaqdan boyun qaçırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*