İranlı GENERAL: “Sionist rejim Qarabağ müharibəsində iştirak edirdi”backend

İranlı GENERAL: "Sionist rejim Qarabağ müharibəsində iştirak edirdi"

“Ölkənin şərq sərhədləri tam təhlükəsizdir, biz sionistlərin hərəkətlərini daim izləyirik”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri bildirib.

“İkinci Qarabağ müharibəsində belə bir məlumat aldıq ki, sionist rejimi münaqişə tərəflərindən birinin yanında yer alıb və regionun geosiyasətini dəyişmək planını qurmuşdu. Biz isə öz növbəsində iki vacib və strateji şərtlərimizi açıqladıq: Birincisi, biz regionda geoplitik vəziyyətin dəyişməsinə imkan verməyəcəyik, ikincisi, sionist rejim regionu dərhal tərk etməlidir. Hər iki şərtimiz yerinə yetirildi. Biz bundan sonra da sionistlərin hərəkətlərini izləyəcəyik”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*