Koronavirus səbəbi ilə 290-dan çox insanın həyatını itirdiyi İranda bir tibb bacısı sosial mediaya yüklədiyi videoda “Evlərinizdən bayıra çıxmayın. Bu gün səhərdən bəri 100 nəfər gözlərimin önündə öldü” deyib.
KONKRET.az xəbər verir ki, tibb bacısının hönkür-hönkür ağlayaraq çəkdiyi video ölkədəki vəziyyətin nə dərəcədə ağır olduğunu gözlər önünə sərib.
