İranlıların Ermənistan macəraları – Yaponiyaya ikona şəklində narkotik göndərmək istədilər – FOTO/VİDEObackend

İranlıların Ermənistan macəraları - Yaponiyaya ikona şəklində narkotik göndərmək istədilər - FOTO / VİDEO

İranlılar ikona şəklində Yaponiyaya narkotik göndərməyə cəhd ediblər.

KONKRET.az erməni KİV-nə istinadla xəbər verir ki, İran vətəndaşı A.A. Ermənistan ərazisindən Yaponiyaya təxminən 7 kq metamfetamin ötürməyə çalışıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, yük şirkəti vasitəsilə Yaponiyaya göndərilən iki ikonanın tərkibində “Kristal” adlı dərmanın olduğu aşkarlanıb.

İrəvanda başqa bir İran vətəndaşı X.K.-nin mənzilində aparılan axtarış nəticəsində daha üç narkotik ikonuası tapılıb.

Narkotiklərin ikona boyalarına qarışdırıldığı və üçüncü ölkələrə aparılması üçün İran yük maşınlarında Ermənistana gətirildiyi məlum olub.

7 İranlı həbs olunub.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*