“İransız regionda heç nəyi həll etmək mümkün deyil” – Erməni politoloqbackend

"İransız regionda heç nəyi həll etmək mümkün deyil" - Erməni politoloq

“İran siyasətinin əsasında üçüncü ölkələrin regiona daxil olmasının qarşısını almaq prinsipi dayanır”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Manvel Sarkisyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, aprelin 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidana zəng edərək regional formatda “3+3” platformasının işə salınması barədə danışıb.

“Maraqlıdır, niyə birdən-birə bu formatı xatırladılar? Onlar anladılar ki, İransız artıq regionda heç nəyi həll etmək mümkün deyil – bu, 1920-ci illər deyil. Qafqazın keçmiş ustası qayıtdı – və öz şıltaqlığı ilə qayıtdı. İndi son söz ona məxsusdur”, – deyə Manvel Sarkisyan yazıb.

Onun fikrincə, bu, Ermənistan üçün işləri asanlaşdırmır.

“Amma Ermənistan hakimiyyətinin bir damcı belə kəşfiyyatı olsa, regional güc balansında nəinki öz dövlətçiliyini qoruyub saxlamaq, hətta dünyada hamı ilə bərabərhüquqlu təmasa girmək üçün ciddi şansı ola bilər. Türklərin və rusların lütfü ümidi ilə ərazilərimizi sovurmağa davam etmək gülünc və axmaqlıqdır. Bizim opponentlərimiz çoxdan nümayiş etdiriblər ki, onları ərazilər deyil, dövlətçilik hüququ maraqlandırır. Daha konkret desək, onları Ermənistanı öz dövlətçilik hüququndan imtina etməyə məcbur etmə mexanizmləri dü.şündürür”, – deyə Manvel Sarkisyan qeyd edib.

O hesab edir ki, üçüncü ölkələrin regiona daxil olmasının qarşısını almaq prinsipi İran siyasətinin əsasını təşkil edir.

“İranı Rusiya və Türkiyə ilə yaxınlaşdıran yeganə hal Qərb ölkələrinin qoşunlarının regionda peyda olması təhlükəsidir. Rusiya İranı regionda 3+3 formatını dəstəkləməyə inandırmağa çalışır. Amma problem ondadır ki, Ermənistanın üç regional qonşusunun maraqlarında köklü ziddiyyət var. İran üçüncü qüvvələrin regiona daxil olmasının qarşısını almaq üçün 3+3 formatı çərçivəsində əməkdaşlığa razı olsa da, Ermənistan ərazisinə genişlənmənin əleyhdarıdır. Ermənistan üçün fürsət pəncərəsi burada yaranır”, –  deyə Manvel Sarkisyan yazır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*