İraqda etirazçılar ölkənin əsas dəniz limanına nəzarəti ələ keçirdilərbackend

İraqda etirazçılar ölkənin əsas dəniz limanına nəzarəti ələ keçirdilər

İraqda nümayişçilərin polis və hərbçilərlə şiddətli toqquşmaları ölkənin əsas dəniz limanına – Um Qasra çatıb.

KONKRET.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, etirazçılar əvvəlcə limana aparan bütün yolları bağlayıb, sonra nəzarətə götürüblər.

Baş nazirin mitinqi dayandırmaq çağırışlarına və istefa vədinə baxmayaraq, iğtişaşlar sakitləşmək bilmir.

Xatırladaq ki, 1 oktyabrdan İraqda kütləvi xalq etirazları keçirilir. Etirazlar zamanı yüzlərlə insan öldürülüb.

Nümayişçilər həyat şəraitinin yaxşılaşdırılmasını, işsizliyə və korrupsiyaya son qoyulmasını, hökumətin istefasını tələb edirlər.

http://

Bir cavab yazın