İraqın cənubundakı Zikar əyalətində etirazçılar hökumət əleyhinə aksiya təşkil edərək qubernatorluğu atəşə tutublar. Təhlükəsizlik mənbələrinin məlumatına görə, İraqın Zikar əyalətində hökumət əleyhinə aksiyalarda iştirak edən bəzi nümayişçilər valiliyin yeni binasına molotov kokteyli atıblar. Yanğın bütün binanı əhatə edib. Nümayişlərdə bir çox hökumət binaları atəşə tutulub. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 6 etirazçı həyatını itirib, 158 nəfər yaralanıb. 13 televiziya və radio kanalı ofislərinin fəaliyyəti dayandırılıb. İraq Milli Rabitə və Media Komissiyası “peşə iş qaydalarını pozmaq” səbəbiylə 8 peyk kanalı və 5 radio stansiyasının ofislərini bağlamaq qərarına gəlib, 5 peyk kanalına xəbərdarlıq göndərilib. İraqın Mətbuat Azadlığı Dərnəyi komissiyanın qərarını “diktə davranışı” kimi dəyərləndirərək bunun qanuna zidd olduğunu vurğulayıb. Cəmiyyətin açıqlamasında, verilən qərarların konstitusiya və qanunlara zidd olduğu bildirilib.
İraqda işsizlik və korrupsiyaya qarşı keçirilən etiraz aksiyalarında bu günə qədər 300-dən çox adam öldürülüb və 15 mindən çox insan yaralanıb. Hökümətin islahat paketlərilə razılaşmayan nümayişçilər təhlükəsizlik qüvvələrinə qarşı zorakılıq tətbiq etməyi əmr edən Baş nazir Adil Abdulmehdinin və korrupsiyada ittiham etdikləri hökumətin istefasını tələb edirlər.
