“İrəvan Bakıya yeni mina xəritələrinin verilməsini istisna etmir”backend

“İrəvan Bakıya yeni mina xəritələrinin verilməsini istisna etmir

“İrəvan mümkün minalanmış ərazilərlə bağlı yeni məlumatların Bakıya verilməsini istisna etmir”.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanın müvafiq dövlət orqanları mümkün yeni minalarla bağlı məlumatların əldə edilməsi istiqamətində iş aparır.

Mirzoyan, həmçinin İrəvanın bundan əvvəl 2 dəfə Bakıya mina sahələrinin xəritələrini verdiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*