İrəvan çalxalanır: Qərib Azərbaycana görə tutuldu – VİDEObackend

İrəvan çalxalanır: Qərib Azərbaycana görə tutuldu – VİDEO

Ermənistanda İrəvanın mərkəzində “Qarabağ” mahnısı oxuyan azərbaycanlıların görüntüsünü paylaşan şəxsin həbsinə etiraz olaraq aksiya keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan “Telegram” kanallarında məlumat paylaşılıb.

Vətəndaş Qərib Babayanın haqsız həbs edildiyini düşünən və azadlığına buraxılmasını tələb edən insanlar məhkəmə binasının qarşısına toplaşır.

Bununla bağlı sosial mediada görüntülər paylaşılır. Etiraz aksiyasına başlayan sakinlər “Şimal-Cənub” magistral yolunu bağlayıb.

İlkin məhkəmənin yaxın saatlarda başlayacağı deyilir. (Globalinfo.az)

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*