Bu gün səhər saatlarından İrəvana aparan bütün yollarda postlar qurulub.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, polis əməkdaşları sürücülərin sənədlərini, eləcə də avtomobilin yük yerini təftiş edir.
Ararat və Vayots Dzor vilayətlərində də polis gücləndirilmiş iş rejiminə keçib. Bu istiqamətlərdə də paytaxta və geriyə hərəkət edən avtomobillər ciddi şəkildə yoxlanır.