Ermənilər yenə küçələrə axışdı: “Paşinyan və Papikyanı tələb edirik” – VİDEObackend

Ermənilər yenə küçələrə axışdı: "Paşinyan və Papikyanı tələb edirik" - VİDEO

“Ermənistanın baş naziri Nikol Paşinyanın, müdafiə naziri Suren Papikyanın, əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın bura gəlməsini tələb edirik”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu tələblər ermənilərin keçirdiyi etiraz aksiyasında səsləndirilib.

“Paşinyan bizim səsimizi alaraq baş nazir oldu, ona görə də səs verdiyimiz Volodya Qriqoryan mer olmalıdır” – deyə etirazçılar bildiriblər.

Qeyd edək ki, Ermənistanda Parakar icmasının sədrliyinə namizəd Volodya Qriqoryanın tərəfdarları etiraz aksiyası keçirir. Əraziyə böyük Polis qüvvələri cəmləşib. Polislə etirazçılar arasında insident yaşanacağı istisna olunmur.

Müşviq Tofiqoğlu

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*