Ermənistanın Xüsusi Təyinatlı Polis İdarəsinin maskalı üzvləri silahlı halda hökumət binasına daxil olublar.
KONKRET.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları HNV-nin maskalı qüvvələrini yoxladıqdan sonra içəri buraxıblar.
22:21
Xəbər verdiyimiz kimi, İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında davam edən aksiyada etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb.
Etirazçılar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmək istəyirlər.
Həmçinin, etirazçılar Paşinyanla görüşmək üçün hökumət binasına daxil olmağa çalışıblar.
Fəallar “Nikol satqındır” şüarını da səsləndiriblər.

