İrəvanda müxalifət oturaq aksiyalara BAŞLADI – FOTO/VİDEObackend

İrəvanda müxalifət oturaq aksiyalara BAŞLADI - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, İrəvanda müxalifət Azadlıq Meydanında müddətsiz aksiyalara başlayıb. Etirazçılar üçün çadırlar düzəldib, oturmaq üçün stullar gətirilib. Bundan əvvəl polis aksiyanın keçirildiyi yerdə qurulması planlaşdırılan çadırları müsadirə etmişdi.

KONKRET.az xəbər verir ki, “Arsax”ı dəstəkləmək üçün xalqı mitinq üçün toplayan müxalifətin “Şərəfim var” parlament fraksiyasının rəhbəri Artur Vanetsyan iştirakçıların bir hissəsini meydanda qalmağa, qalanlarını dincəlmək üçün evlərinə gedib sabah səhər qayıtmağa çağırıb. Vanetsyanın özü meydanda qalıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyan da razılaşdırılmamış mitinqdə qoşulub.

“Onların heç biri (Ermənistan hakimiyyəti) birinci azadlıq müharibəsində iştirak etməyib və bu gün heç kim onlara Arsaxın taleyini təkbaşına həll etmək mandatı verməyib”, – Ohanyan sərsəmləyib.

Xatırladaq ki, aprelin 19-da Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi səfərlə Moskvaya gedir. Müxalifət hesab edir ki, Moskvada Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə sülh müqaviləsinin imzalanmasına razılıq verə bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*