İrəvanda ölən əsgərlərin valideynləri ilə polislər arasında toqquşma olub.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. İrəvan şəhər məhkəməsinin yaxınlığında 44 günlük müharibədə məhv edilən hərbçilərin valideynlərinin toplaşdığı yerdə gərgin vəziyyət yaranıb.
Valideynlərlə polislər arasında toqquşma olub.
Polislərlə “Şərəfim var” blokundan olan deputat Tiqran Abramyan arasında da dava düşüb.
O, jurnalistlərə müsahibəsində deyib ki, polislər arasında qəsdən vəziyyəti gərginləşdirənlər var.
Xuraman Etibarlı,
KONKRET.az