İrəvanda Rusiya əleyhinə icazəli MİTİNQ KEÇİRİLƏCƏK – FOTO/VİDEObackend

İrəvanda Rusiya əleyhinə icazəli MİTİNQ KEÇİRİLƏCƏK - FOTO/VİDEO

Ermənistanda daha bir anti-Rusiya qalmaqalı geniş vüsət almaqdadır. İrəvanda avqustun 24-də Rusiya əleyhinə mitinq keçirilməsinə rəsmən icazə verilib.

KONKRET.az bu barədə erməni teleqram kanallarına istinadən xəbər verir.

Erməni fəallar İrəvandakı “Surmalu” ticarət mərkəzində baş verən partlayışda əli olduğu iddia edilən Moskvaya qarşı ittihamlarla kifayətlənməyiblər. Onlar Ukraynanın Müstəqillik Günündə Rusiya Prezidentinə qarşı mitinq təşkil etmək qərarına gəliblər.

Telegram kanalları öz məlumat postlarında xatırladıblar ki, Rusiya artıq Ermənistandakı səfirlik səviyyəsində İrəvanda ticarət mərkəzində baş verən partlayışa görə ona qarşı irəli sürülən ittihamlara kifayət qədər sərt reaksiya verib.

“Beləliklə, Rusiya diplomatik missiyası Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. Orada bazarda partlayışda iştirakını inkar edib və diplomatlar Rusiyanın rolu ilə bağlı bütün sözləri “rüsvayçı qarayaxma” adlandırıblar”, – deyə teleqram kanallarda yazıblar.

Erməni “müttəfiqlərinin” geri dönüş gedişi özünü çox gözlətməyib.

Rusiyayönümlü erməni bloger Mika Badalyanın teleqram kanalında verdiyi məlumata görə, İrəvan meriyası avqustun 24-də Ukraynada müharibəyə qarşı mitinq keçirməyə razılıq verib.

Tədbir açıq şəkildə anti-Rusiya xarakteri daşıyır və həm də şəxsən Rusiya Prezidenti Vladimir Putinə qarşı yönəlib.

Badalyan yazıb: “Avqustun 24-ü Ukraynada müharibənin başlamasından sadəcə yarım il ötmür, söhbət heç də ondan getmir. 24 avqust Ukraynanın Müstəqillik Günüdür”.

“Maraqlıdır ki, Nikol Paşinyan bu yaxınlarda Qarabağda sülhməramlı missiyanı yerinə yetirməməkdə ittiham etdiyi müttəfiqlərinə bu icazə ilə nə demək istəyir? Son üç gündə bütün hökumətyönlü qurumlar Rusiyanın bazarda baş verən yanğında əli olduğunu deyir. Bəlkə kimsə Nikol Paşinyana xatırlatsın ki, Rusiya düşmən deyil, müttəfiqdir, yoxsa bu vəziyyət hamını qane edir?”,- deyə “Rusiya erməniləri” teleqram kanalının müəllifləri sual veriblər.

Sonda yazının müəllifi ritorik suallar verib: “Doğrudanmı Moskvanın İrəvana müttəfiqin necə davranmalı olduğunu xatırlatmağın vaxtı çatıb? Bəlkə Kreml İrəvanın şıltaqlığına dözməkdən əl çəkərək layiqli tədbirlər görəcək?”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*