İsaqulyanın ŞOK açıqlaması Ermənistanı qarışdırdıbackend

İsaqulyanın ŞOK açıqlaması Ermənistanı qarışdırdı

Keçən həftə keçirilən mətbuat konfransında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qarnik İsaqulyan Baş nazir Nikol Paşinyanın Türkiyə və Azərbaycandan aldığı vəsaitlə “məxməri inqilab” təşkil etdiyini deyib. Müxalif siyasətçi bu məqsədlə 48 milyon ABŞ dolları vəsaitin bir hissəsini ABŞ-ın Gürcüstandakı səfirliyindən Ermənistan Təhlükəsizlik Şurasının o vaxtkı katibi Armen Qriqoryana, qalan hissəsini “Mənim Adımım” parlament fraksiyasının rəhbəri Lilit Makuntsa, İctimai Şuranın rəhbəri Styopa Safaryana və gələcək Baş nazir arvadı Anna  Akobyana çatdırıldığını iddia edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Verelq” qəzeti məlumat yayıb. Məlumatda daha sonra deyilir ki, “İsaqulyan mətbuat konfransında daha sonra deyib ki, Paşinyanın 1.5 ay boyunca Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlarda məğlubiyyətin qaçılmaz olduğunu bilib, lakin müharibəni dayandırmaq üçün heç bir şey etməyib. Nəticədə hökumət başçısı Ermənistanı qəsdən məğlubiyyətə uğradıb”.

Qəzet qeyd edir ki, “Ermənistan Milli Təhlükəsizlik Xidməti Mili Təhlükəsizlik Partiyasının lideri Qarnik İsaqulyanın mətbuat konfransı zamanı verdiyi açıqlamalarla əlaqədar respublikanın Baş Prokurorluğuna müraciət edib”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*