“İşdə məhəbbət macərası”nın ulduzu xəstəxanaya yerləşdirildibackend

“İşdə məhəbbət macərası”nın ulduzu xəstəxanaya yerləşdirildi

Rusiyanın məşhur teatr və kino arktrisası Svetlana Nemolyaeva koronavirus infeksiyasına yoluxub.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, aktrisa bu diaqnozla tibb müəssisəsində olduğunu təsdiqləyib.

87 yaşlı sənətçi bildirib ki, xəstəliyi asan keçirir: “Bəli, təəssüf ki, koviddir. Xəstəxanadayam. Xəstəlik o qədər də qorxulu keçmir, asan müalicə olunur”.

“İşdə məhəbbət macərası” (“Slujebnı roman”) filminin ulduzu qeyd edib ki, xəstəliyi səbəbindən iştirak etdiyi tamaşaların ləğv edilməsindən məyus olub.

Xatırladaq ki, mayın 19-da Svetlana Nemolyayevanın koronavirus şübhəsi ilə paytaxt xəstəxanalarından birinə yerləşdirildiyi barədə məlumat yayılıb. Aktrisanın özünü səhər saatlarında pis hiss etdiyi vurğulanıb.

Bundan əvvəl Rusiyanın xalq artisti Yelena Sanaeva da xəstəxanaya yerləşdirilib. Mənbənin sözlərinə görə, 81 yaşlı sənətçi evdə özünü pis hiss etdikdən sonra həkimləri çağırmalı olub.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*