İşə gecikənlərə cərimə yazıla bilər? — Hüquqşünasdan AÇIQLAMAbackend

İşə gecikənlərə cərimə yazıla bilər? — Hüquqşünasdan AÇIQLAMA

İşə gecikən əməkdaşların maaşından cərimə tutulması ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.

Bəs işəgötürənin belə bir sanksiya tətbiq etmək hüququ varmı?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, işə gecikmə halında rəhbər işçiyə özbaşına cərimə tətbiq edə bilməz.

Barassociation.az - Axtarışın nəticəsi

“Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini və ya müəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən ona müəyyən intizam tənbehlərindən birini verə bilər.

Bunlara töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, həmçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi daxildir”.

Vəkil qeyd edib ki, cərimə yalnız kollektiv müqavilədə belə bir imkan nəzərdə tutulduğu halda tətbiq edilə bilər. Bu zaman cərimənin məbləği işçinin aylıq əmək haqqının dörddə birindən çox olmamalıdır.

Beləliklə, işə gecikməyə görə cərimə tətbiqinin mümkün olub-olmaması kollektiv müqavilənin şərtlərindən asılıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*