İŞİD terror təşkilatı Londonun cənubunda küçədən keçənlərə qarşı təşkil edilən hücumu öz boynuna götürüb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.
Qeyd edək ki, dünən fevralın 2-də naməlum şəxs Britaniya paytaxtının cənubunda, Stretham rayonunda bıçaqla küçədən keçənlərə hücum edib.
Nəticədə polis onu zərərsizləşdirib. Hücum nəticəsində təcavüzkar üç nəfəri yaralayıb.
Agentliyin məlumatına görə, hücumçu İŞİD-in yaraqlılarından biri olub.
Babək Göyüş
KONKRET.az
