
Özbəkistanın Cizak rayonunun Paxtakor rayonundan olan bir fermer-balıqçı Aramais Avakyan həbsxanadan azad edilib.
KONKRET.az –ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə məlumatı mediaya Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti yayıb.
Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarı ilə Cizak Regional Cinayət Məhkəməsinin 19 fevral 2016-cı il tarixli hökmü və Cizak Regional Cinayət Məhkəməsinin apelyasiya instansiyasının 22 mart 2016-cı il tarixli qərarında Aramais Avakyanla bağlı hissədə dəyişiklik edilib.
Bu ittihamla onun cəzası 4 il 4 ay 27 gün müddətinə endirilib. Aramais Avakyan isə bu cəza müddətini çəkdiyinə görə həbsdən azad edilib.
ABŞ-ın Özbəkistandakı səfiri Daniel Rosenblum fermerin sərbəst buraxılmasını alqışlayıb.
“Yerli hakimiyyət orqanlarının günahsız yerə həbs etdirdiyi Aramais Avakyanın sərbəst buraxılmasından məmnunam. Ümid edirik ki, bu, Özbəkistanda qanunun aliliyinin bərqərar olunması yolunda növbəti addımdır “, – deyə diplomat öz Twitter səhifəsində yazıb.
Happy to hear #Uzbekistan has released #AramaisAvakian, who had been unjustly imprisoned due to local abuse of power. We hope this is yet another step toward establishing rule of law in @President_UZ Mirziyoyev’s Uzbekistan.
— U.S. Ambassador to Uzbekistan (@UsAmbUzbekistan) February 5, 2020
Xatırladaq ki, 2016-cı ilin fevral ayında Cizak Regional Cinayət Məhkəməsi erməni əsilli yerli fermer Aramais Avakyan və dörd dostunu – çay evində çalışan bir nəfəri və balıq təsərrüfatının üç işçisini dini ekstremist, separatçı, fundamentalist və ya qadağan olunmuş digər təşkilatlarda iştirakda ittiham edib.
Məhkəmə Avakyana yeddi il həbs cəzası verilib, digər 4 təqsirləndirilən şəxs 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilib.
Özbəkistanın insan haqları müdafiəçiləri və Amnesty İnternational və Human Rights Watch kimi nüfuzlu beynəlxalq insan hüquqları təşkilatları istintaq zamanı Avakyan və yoldaşlarına işgəncə verildiyini və işin kobud qanun pozuntuları ilə mühakimə olunduğunu bildiriblər. Rəsmi Daşkənddən bu məhkumları dərhal azad etməyə çağırıblar.
Ermənistan hökuməti də fermer Aramais Avakyanın işi ilə maraqlanıb. Belə ki, 2016-cı ildə erməni ombudsmanı Karen Andreasyan özbək həmkarına məktub göndərərək Avakyanın taleyinə xüsusi diqqət yetirməsini istəyib.
Əvvəllər Avakyanın qohumları erməni fermerlə yerli hakimiyyət arasında münaqişə onun Cizak rayonunun Paxtakor rayonunda balıq tutması səbəbindən başladığını iddia etmişdilər. Onların dediyinə görə, rayon rəhbəri Qafur Qarşibayev qanunsuz olaraq Avakyandan biznesi əlindən almağa çalışıb. Ancaq fermer öz biznesini ona verməkdən imtina edib.
Şahidlər məmurun fermeri həbsxanaya salmaqla hədələdiyini eşidiblər.
