İslandiyanın paytaxtında üç küçəyə Baltikyanı ölkələrin adı veriləcəkbackend

İslandiyanın paytaxtında üç küçəyə Baltikyanı ölkələrin adı veriləcək

İslandiyanın paytaxtı Reykyavikdə yerli hakimiyyət bir sıra şəhər küçələrini Latviya, Litva və Estoniyanın şərəfinə adlandırmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Delfi” agentliyi məlumat yayıb.

Reykyavik Şəhər Şurasının qərarı ilə şəhərin üç yeni küçəsi Baltikyanı respublikaların adlarını alacaq. “Bu qərar dostcasına cavabdır, çünki Riqa, Vilnüs və Tallində İslandiyanın adını daşıyan küçələr və hətta meydanlar da var”, – sənəddə deyilir.

Bildirilib ki, Reykyavik şəhərinin şərqində yeni ərazidə salınması planlaşdırılan 3 küçə Baltikyanı ölkələrin adlarını alacaq.

İslandiya ilə Baltikyanı respublikalar arasında münasibətlər ümumən dost xarakterlidir – Reykyavik 1991-ci ildə bu üç dövlətin müstəqilliyini ilk tanıyanlardan biri olub və bu, Baltikyanı ölkələrin paytaxtlarında İslandiya tərəfinin şərəfinə obyektlərin görünməsinə qismən təsir edib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*