İşlədiyi şirkətdən 77 min mənimsədi: 5 il həbs…backend

İşlədiyi şirkətdən 77 min mənimsədi: 5 il həbs...

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Nihad Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Fərzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

İttihama görə, təqsirləndirilən şəxs “Camal LTD” MMC-də satış təmsilçisi vəzifəsində çalışdığı dövrdə şirkətə 77 min 365 manat ziyan vurub. O, müştərilərdən aldığı vəsaiti şirkətin hesabına köçürməyərək mənimsəyib.

Təqsirləndirilən Nihad Fərzəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*