“İşlənmiş pampers suyu” –  Bu ölkədə sakinlər uşaq bezini qaynadıb, suyunu uçirlər – FOTObackend

"İşlənmiş pampers suyu" - Bu ölkədə sakinlər uşaq bezini qaynadıb, suyunu uçirlər - FOTO

Zimbabvedə yerli sakinlər uşaq bezlərini, o cümlədən işlənmiş uşaq bezlərini qaynadıb, suyunu uçirlər.

KONKRET.az-ın məlumatına görə, uşaq bezlərində natrium poliakrilat var və bu narkotik vasitə kimi istifadə olunur. İşlənmiş uşaq bezlərinində isə natrium poliakrilat daha çoxdur və bu, “yüksək kayf” verir.

Natrium poliakrilat mayenin udulması üçün uşaq bezlərində və yastıqlarda istifadə olunan duzdur.

Jurnalistlər yerli narkomanlardan soruşublar və məlum olub ki, “ən yaxşısı” istifadə olunmuş uşaq bezlərindən alınandır. Çünki onların tərkibində duzla birləşən və təsirini gücləndirən sidik buxararı var. Söhbət iyrənc qoxuyan və dadı da eynilə iyrənc olan yarı bərk maddədən gedir.

Narkotiki “bezi suyu” adlandırıblar. O, uyuşmaya səbəb olur və bədəni tərk etmək hissi verir. Sağlamlığa nə qədər zərərlidir, bunu təxmin etmək olar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*