İşləyən əlilliyi olan şəxslərin pensiya kapitalı müzakirə edilir – Fərdi hesablara yenidən baxıla bilərbackend

İşləyən əlilliyi olan şəxslərin pensiya kapitalı müzakirə edilir – Fərdi hesablara yenidən baxıla bilər

Əlilliyə görə əmək pensiyası alan şəxslərin bir qismi əmək fəaliyyətini davam etdirir. Belə olan halda işlədikləri müddət ərzində onların fərdi hesabında yeni pensiya kapitalı formalaşır.

Bəs əmək fəaliyyəti dövründə toplanan pensiya kapitalı əlilliyə görə alınan əmək pensiyasının üzərinə əlavə olunurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, işləyən əlilliyi olan şəxslərin fərdi hesabında toplanan pensiya kapitalı avtomatik olaraq onların mövcud pensiyasının üzərinə ayrıca məbləğ kimi əlavə edilmir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”

“Əgər şəxs əlilliyə görə əmək pensiyası alır və əmək fəaliyyətini davam etdirirsə, onun fərdi hesabında yeni pensiya kapitalı formalaşır. Bu kapital itmir və gələcəkdə pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilər.

Yəni işləyən əlilliyi olan şəxsin əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları onun fərdi hesabında toplanır. Lakin bu məbləğin hər ay avtomatik olaraq mövcud əlillik pensiyasının üzərinə əlavə edilməsi nəzərdə tutulmur”, – deyə ekspert vurğulayıb.

Akif Nəsirlinin sözlərinə görə, burada əsas məsələ toplanan sığorta kapitalının hansı hallarda və hansı qaydada pensiyanın məbləğinə təsir etməsidir.

“Əmək fəaliyyətindən əldə olunan sığorta kapitalı pensiyanın yenidən hesablanması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər çərçivəsində nəzərə alınır. Bu səbəbdən əmək fəaliyyətini davam etdirən əlilliyi olan şəxslərin fərdi hesabında formalaşan kapitalın pensiya təminatına təsir mexanizmi mövcud qanunvericiliyin tələblərinə uyğun müəyyənləşdirilir”, – deyə Akif Nəsirli qeyd edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*