İsrail Fələstin ərazilərinin blokadasını uzatdıbackend

İsrail Fələstin ərazilərinin blokadasını uzatdı

İsrailin müdafiə naziri Yoav Qalant İordan çayının qərb sahilində Fələstin ərazilərinin blokadasını və Qəzza zolağı ilə sərhəddəki keçid məntəqəsinin bağlanmasını aprelin 13-dək uzadıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

İsrail hərbçiləri yəhudilərinin Pesah bayramının ilk günü aprelin 5-i saat 17:00-dan etibarən Fələstin ərazilərini blokadaya alıb. Keçid məntəqəsinin açılışı və blokadanın götürülməsi aprelin 9-da gecə yarısı baş verməli idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*