İsraildən İrana XƏBƏRDARLIQ: “Uranın zənginləşdirilməsi 90 faizə çatsa, cavab verəcəyik”backend

İsraildən İrana XƏBƏRDARLIQ: "Uranın zənginləşdirilməsi 90 faizə çatsa, cavab verəcəyik"

“Tehran uranı 90%-ə qədər zənginləşdirərsə, İsrail cavab zərbəsi endirəcək”.

KONKRET.az.az xəbər verir ki, bu barədə İsrail mediası yəhudi dövlətinin yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir.

“İran yaxşı bilir ki, uranın zənginləşdirilməsi səviyyəsini 90%-ə çatdırsa, İsrail onu vuracaq”, – deyə İsrail rəsmisi bildirib.

İsrail mediası qeyd edir ki, bu bəyanat İranın nüvə proqramı ilə bağlı Tehranla Qərb arasında razılaşmanın mümkünlüyü ilə bağlı xəbərlərə reaksiyadır.

“ABŞ, eləcə də digər Qərb ölkələri nüvə bombası istehsal etmək üçün 90% zənginləşdirilmiş uranın İsrail üçün qırmızı xətt olduğunu yaxşı bilirlər”, – deyə İsrail sözçüsü bildirib.

İsrail mediası onu da qeyd edib ki, Tehran və Vaşinqton arasında Omanın vasitəçiliyi ilə dolayı danışıqlara dair şayiələr fonunda İsrailin baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, İranla heç bir razılaşma İsrail üçün məcburi olmayacaq, o, özünü qorumaq üçün hər şeyi edəcək.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*