İsrail mətbuatı İsrail və Türkiyənin ortaq maraqlarından yazıbbackend

İsrail mətbuatı İsrail və Türkiyənin ortaq maraqlarından yazıb

İsrail və Türkiyə arasında münasibətlər son illərin ən çətin dövrlərindən birini yaşayır. Amma iki ölkənin hələ də dialoqun bərpasına kömək edə biləcək mühüm ortaq maraqları var.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Hayom”portalı yazıb: “İsrail və Türkiyə əvvəllər Suriyada İranın təsirini məhdudlaşdırmaq və radikal qruplarla mübarizə də daxil olmaqla oxşar strateji məqsədlər güdürdülər. İsrailin İranın dəstəklədiyi qüvvələrə qarşı endirdiyi zərbələr Əsəd rejimini zəiflədib və Türkiyənin dəstəklədiyi üsyançıların qazanmasına töhfə verib. Lakin Qəzza zolağında münaqişə ilə daha da kəskinləşən böhran münasibətləri gərginləşdirib. Buna baxmayaraq uzunmüddətli perspektivdə hər iki ölkə Suriyada vəziyyətin sabitləşdirilməsində, İranı cilovlamaqda və Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Siyasi fikir ayrılıqlarına baxmayaraq, iqtisadi əlaqələr sabitliyin mühüm amili olaraq qalır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*