İsrail mülki milli qvardiya yaradırbackend

İsrail mülki milli qvardiya yaradır

İsrailin Baş naziri Naftali Bennet mülki milli qvardiyanın yaradılmasına çağırıb.

KONKRET.az bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.

Qeyd edilir ki, mayın sonuna qədər Milli Təhlükəsizlik Şurası və İctimai Təhlükəsizlik Nazirliyi təklif təqdim edəcək.

Bennetin müvafiq bəyanatı İsraildə Müstəqillik Günündə törədilmiş son terror aktından sonra verilib. Ətraflı axtarışlardan sonra hadisə ilə əlaqədar iki nəfər həbs edilib.

Bennett vurğulayıb ki, İsrail bütün dinlərə hörmət etməyə və suverenliyini qorumağa davam edəcək.

Son aylar İsrail vətəndaşları ilə fələstinlilər arasında gərginlik kəskin şəkildə artıb. Təkcə İordan çayının qərb sahilində törədilən terror aktı zamanı 19 dinc sakin həlak olub.

İsrail ictimai mühafizəçi yaradan yeganə ölkə deyil. 2016-cı ildə terror aktları dalğası fonunda Fransanın keçmiş Prezidenti Fransua Olland da analoji təşəbbüslə çıxış edib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*