İsrail Prezidenti Ərdoğana qiymətli HƏDİYYƏ VERDİ – FOTObackend

İsrail Prezidenti Ərdoğana qiymətli HƏDİYYƏ VERDİ - FOTO

İsrail Prezidenti türkiyəli həmkarına əlyazma kitab hədiyyə edib.

KONKRET.az xəbər verir ki, İsrail dövlət başçısı səfər zamanı Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana qiymətli bir hədiyyə aparıb.

Belə ki, o, türkiyəli həmkarına Osmanlı İmpersiyasının başçısı Sultan Süleymana aid şeirlərin yazıldığı əlyazma kitabın nüsxəsini hədiyyə edib.

İsaak Hersoqun hədiyyə etdiyi əlyazma əsərin daha öncə İsrailin Milli Kitabxanasında qorunduğu bildirilir.

Qeyd edək ki, bu, İsrail Prezidenti İsaak Hersoq dünən Türkiyəyə səfər edib. İsrail Prezidentinin son 14 ildə Türkiyəyə ilk gəlişidir.

Sonuncu dəfə 2008-ci ildə Prezident Şimon Peres Türkiyəyə səfər etmişdi.

Görüşdən sonra dövlət başçılarının verdiyi mətbuat konfransında hər iki tərəf münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduqlarını bildiriblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*