Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə səfər edəcək.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, onların gələn həftə üç gün fərqlə səfər edəcəkləri bildirilib.
Vurğulanıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək.
Ərdoğanın onlarla regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacağı qeyd olunub.
