İsraildə terror aktını İŞİD üzvləri törədib – ƏTRAFLIbackend

İsraildə terror aktını İŞİD üzvləri törədib - ƏTRAFLI

Ötən gün İsrailin Hadera şəhərində terror aktı törədənlərin şəxsiyyətləri müəyyənləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Ynet” nəşri bildirib.

Qeyd edilir ki, həmin şəxslər Umm al-Fahma İbrahim və Ayman Aqbariya adlı əmioğlulardır. Onlardan biri 2016-cı ildə İŞİD-lə əlaqədə ittiham olunaraq həbs edilib.

Cinayətkarlar Haderaya silahla gəliblər. Onların terror aktını əvvəldən planlaşdırdıqları məlum olub.

Qeyd edək ki, terror aktı zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Cinayətkarlar polisin açdığı atəşlə zərərsizləşdiriliblər.

Hadisə terror aktı kimi qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*