“İsraillə müharibə Play-Station oyununa bənzəmir və zarafat da olmayacaq”backend

"İsraillə müharibə Play-Station oyununa bənzəmir və zarafat da olmayacaq"

İranın radikal simalarından Baqeral Ulum Araşdırma İnstitutunun direktoru Mehdi Əfraz açıqlamalarında İranın İsrailin hərbi gücü qarşısında aciz olduğunu etiraf edib.

KONKRET.az xəbər verir ki, Mehdi Əfraz “İsraillə müharibə Play-Station oyununa bənzəmir və zarafat da olmayacaq” deyib. Livan Hizbullahı da bizə dəfələrlə xəbərdarlıq edib ki, biz İsrailin real gücündən xəbərsizik.

“İsrail Fars Kəngər Körfəzi Neft Emalı Zavodu kimi strateji obyektləri F35 kimi qabaqcıl qırıcılarla hədəfə alsa, ölkənin qaz nasoslarının 70%-i sıradan çıxacaq.”

Həmçinin, Qum şəhərinə mümkün hücum ictimai rəyi idarə etməyi qeyri-mümkün edə və ölkəni ciddi böhranla üz-üzə qoya bilər”.

İranın İsrailə qarşı hərbi zəifliklərinin bir növ etirafı olan bu bəyanatlar analitiklər arasında geniş reaksiyalara səbəb olub və mümkün münaqişənin nəticələri ilə bağlı narahatlıqları artırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*