İsrailli nazir ölkəsinin Ukraynaya hərbi yardım göstərməsinin tərəfdarıdırbackend

İsrailli nazir ölkəsinin Ukraynaya hərbi yardım göstərməsinin tərəfdarıdır

“İsrail ABŞ və digər NATO ölkələrindən nümunə götürərək Ukraynaya hərbi yardım göstərməyə başlamalıdır”.

KONKRET.az xəbər verir ki, bunu İsrailin Diaspor İşləri naziri Naxman Şey tviterdə yazıb.

“Bu səhər xəbər verildi ki, İran Rusiyaya ballistik raketlər ötürür. Artıq İsrailin bu qanlı münaqişədə hansı tərəfdə dayanacağına heç bir şübhə yoxdur. ABŞ və NATO ölkələrinin verdiyi kimi, Ukraynanın da İsraildən hərbi yardım almasının vaxtı çatıb”, – o, qeyd edib.

Qeyd edək ki, İsrail dövləti indiyədək Ukraynaya hərbi yardım göstərməyib və bu ölkəyə humanitar yüklərin göndərilməsi, eləcə də hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş ukraynalılara tibbi yardım göstərməklə məhdudlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*