İsrailli nazirin Türkiyə səfəri ilə bağlı YENİ DETALLAR – İran uğur qazana bilmədibackend

İsrailli nazirin Türkiyə səfəri ilə bağlı YENİ DETALLAR – İran uğur qazana bilmədi

İsrailin xarici işlər naziri Yair Lapidin Türkiyəyə səfəri türk xüsusi xidmət orqanlarının hərəkətləri və israilli həmkarları ilə qarşılıqlı əlaqəsi olmasaydı, ən faciəvi şəkildə uğursuzluğa düçar ola bilərdi.

KONKRET.az xəbər verir ki, daha əvvəl xəbər verildiyi kimi, çərşənbə günü İstanbulda İsrail vətəndaşlarına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən beş İran vətəndaşı saxlanılıb. Saxlanılan şəxslərin yaşadığı evlərə və otellərə baxış zamanı polis 2 tapança və 2 səsboğucu aşkar edib.

Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında Lapid diplomatik əlaqələrinə və İran tərəfindən hazırlanan casus əməliyyatların qarşısının alınmasına görə Türkiyəyə təşəkkür edib. Nazir, eyni zamanda, iki ölkə arasında əməkdaşlığın davam etdiyini vurğulayıb. İran hələ ki, qalmaqallı vəziyyətə münasibət bildirməyib.

Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prezident Ərdoğanın və onunla dəfələrlə telefonla danışan, mart ayında şəxsən Türkiyəyə səfər edən İsrail prezidenti İsaak Hersoqun adı ilə bağlıdır.

Çavuşoğlu ötən ay İsraildə olub və 15 ildə belə səfəri reallaşdıran ilk türk rəsmisi kimi tarixə düşüb. Təəccüblü deyil ki, İran regionun əsas dövlətlərinin aktiv yaxınlaşması prosesinin qarşısını almağa cəhd edib. Xoşbəxtlikdən, uğur qazana bilməyib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*