İstehlaka yararsız qida məhsulları məhv edildibackend

İstehlaka yararsız qida məhsulları məhv edildi

“Merano-Baku” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitən 1495 kq müxtəlif növ yeyinti məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə KONKRET.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*