İsveç hərbi kəşfiyyata işləyən iki rus casusunu yaxaladıbackend

İsveç hərbi kəşfiyyata işləyən iki rus casusunu yaxaladı

İsveç hüquq-mühafizə orqanları bu ilin noyabrın 22-də silahlı qüvvələrin iştirakı ilə Stokholm yaxınlığında əməliyyat keçirib. Hadisə şahidinin sözlərinə görə, əməliyyatçılar şübhəlilərin evinə bilavasitə helikopterlərdən eniblər – bütün saxlama cəmi bir dəqiqə çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Expressen” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən yaxalananlar özlərini evli cütlük kimi göstərən Sergey Skvortsov (1963) və Elena Kulkova (1964) adlı şəxslərdir. Onlar 1997-ci ildən İsveçdə yaşayırlar və Rusiya vətəndaşlığı ilə yanaşı, İsveç vətəndaşlığına da malikdirlər.

Hər ikisinin elektronika və mühəndislik sahəsində təhsili var. Kulkova Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsini, Skvortsov isə Moskva Energetika İnstitutunda oxuyub.

İsveçdə vergi ödəyicilərinin nömrələri yalnız bir dəfə verilməsinə rəğmən Skvortsovun iki VÖEN-i olduğu ortaya çıxıb. Üstəlik bu VÖEN-lər altında müxtəlif şirkətlər qeydiyyatdan keçib. İlk VÖEN-lə Skvortsov qida topdansatışı (FIRMA SOLVEIG MMC) və səsyazma şirkəti (MMC COMPANY MITOS), ikincisi ilə isə “Qazprom”un törəmə şirkəti (LM SPETSSTROYMONTAZH MMC) ilə müqavilə bağlanıb.

İsveç hüquq-mühafizə orqanları hesab edir ki, Skvortsov ən azı 2013-cü ildən İsveçə və adı açıqlanmayan başqa bir ölkəyə qarşı casusluqla məşğul imiş. Bundan başqa rus casus elektron komponentlərin istehsalı, sınaqları, ixracı və idxalı üzrə ixtisaslaşan “BDT Stockholm AB” şirkətinin direktoru olub. Həmin şirkətin Rusiya hərbi kəşfiyyatına elektron casusluqla bağlı avadanlıqları ötürdüyü müəyyən edilib.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*