Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin kürd terrorçuları ilə mübarizədə tutduğu mövqenin NATO-ya daxil olma prosesini ləngitdiyini deyib və İsveçin alyansa üzvlüyü ilə bağlı danışıqların dekabrda davam etdiriləcəyinə söz verib.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ərdoğan çərşənbə axşamı İsveçin baş naziri Ulf Kristersson ilə Ankarada danışıqlardan sonra mətbuat konfransında deyib.
“İsveç NATO-ya üzvlük meyarlarına cavab verir, lakin terrorizmlə mübarizədə səylərini artırmalı olacaq” – deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğanın sözlərinə görə, İsveç öz təhlükəsizliyi üçün NATO-ya daxil olmaq istəyir. Eyni zamanda, İsveçin bizim təhlükəsizlik problemlərimizi görməsini istəyirik:
“Dekabrda keçiriləcək görüşdən əvvəl İsveçdən irəliləyiş görmək xoş olardı” – Türkiyə lideri əlavə edib.
Ərdoğan həftə sonu kürd silahlı qruplaşması YPG və onun siyasi qanadı PYD-dən uzaqlaşdığını bildirən İsveç hökumətinin kürdlərə qarşı yeni siyasətini alqışlayıb.
Günel Mikayılova,
KONKRET.az