İsveçrə əhalisi miqrasiyanın məhdudlaşdırılmasının əleyhinə çıxdıbackend

İsveçrə əhalisi miqrasiyanın məhdudlaşdırılmasının əleyhinə çıxdı

İsveçrə Konfederasiyasında növbəti referendum keçirilib.

KONKRET.az xəbər verir ki, referendumda Aİ və digər ölkə vətəndaşlarının İsveçrə ərazisində məskunlaşmasının məhdudlaşdırılması barədə təklif rədd edilib. Səsvermənin ilkin nəticələrinə görə, əhalinin 63 faizi sağçı-mühafizəkar İsveçrə Xalq Partiyasının (SVP) təşəbbüsünü dəstəkləməyib. SVP referendum öncəsi apardığı kampaniyada ölkədə əcnəbilərin sayının artması nəticəsində yerli əhalinin rifah halının aşağı düşdüyünü, əcnəbilərin ölkənin sosial müdafiə sistemindən sui-istifadə etdiyini iddia edib. 1990-cı ildən bəri İsveçrə əhalisi təxminən 25 faiz artaraq 8,6 milyon nəfərə çatıb. Onların 38 faizi miqrant əsilli şəxslərdir.

Referendumda əhali, həmçinin yeni doğulan körpəyə görə ikihəftəlik atalıq məzuniyyətinin verilməsi və yeni döyüş təyyarələrinin alınmasına tərəfdar çıxıb, canavarların populyasiyasını azaltmaq məqsədilə Ov haqqında Qanunun yumşaldılmasını rədd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*