İsveçrə mayın 2-dən səyahət məhdudiyyətlərini aradan qaldırırbackend

İsveçrə mayın 2-dən səyahət məhdudiyyətlərini aradan qaldırır

İsveçrə 2 may 2022-ci ildən pandemiyadan əvvəlki viza qaydalarına qayıdır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Miqrasiya üzrə Dövlət Katibliyinin saytında dərc olunub.

“Mövcud giriş məhdudiyyətləri mayın 2-dən qaldırılacaq. Bu tarixdən etibarən İsveçrəyə giriş üçün adi qaydalar tətbiq olunacaq. Vizalar, səyahət sənədləri ilə bağlı məlumatları bölmədə tapa bilərsiniz”, – nazirlikdən aydınlıq gətirirlər.

Müvafiq olaraq, ölkəyə daxil olarkən turistlərdən daha COVID-19 üçün peyvənd pasportu və test tələb olunmayacaq.

Aprelin 1-dən İsveçrə artıq ölkə daxilində COVID-19 əleyhinə tədbirlərdən imtina edib. İctimai nəqliyyatda, mağazalarda və insanların çox olduğu yerlərdə maska ​​rejimi ləğv edilib. Həmçinin, kafe, restoran, muzey, teatr və kinoteatrları ziyarət etmək üçün heç bir sertifikat təqdim etməyə ehtiyac yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*