İtaliya polisi Puglia bölgəsindən olan Focca mafiyasına üzv olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə ANSA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı 82 nəfər saxlanılıb.
Bildirilir ki, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılmasında, habelə qanunsuz silah saxlamaqda ittiham olunurlar.
