İtaliyaya yağan güclü yağışlar daşqınlara və sürüşmələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, Siciliyanın şərq sahillərində yağan intensiv yağışlar yeddi saat davam edib. Yağıntının həcmi 500 millimetrə çatıb. Daşqınlar nəticəsində bir çox kəndləri və şəhər küçələrini su basıb. Giarre və Riposto şəhərləri daha çox ziyan görüb. Həmin bölgələrdə narıncı hava xəbərdarlığı elan edilib.
Vəli Həsənoğlu,
KONKRET.az