İtaliyanın son nəfəsi – VİDEObackend

İtaliyanın son nəfəsi - VİDEO

10 mindən çox xəstə və 600-dən çox ölüm – bu, Çərşənbə günü səhər İtaliyada epidemiyanın inkişaf statistikasıdır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, gün ərzində koronavirusa yoluxanların sayı minə yaxın artıb, 168 nəfər isə ölüb.

Beləliklə, COVID-19 epidemiyasınanın Avropa Birliyində ən çox yayıldığı ölkə hazırda İtaliyadır.

Qeyd edək ki, çərşənbə axşamı günü 5 mindən çox şübhəli xəstəliyin simptomları ilə xəstəxanaya yerləşdirilib, onlardan 900-ə yaxını reanimasiya şöbələrindədir.

Fransanın hava yolları şirkəti “Air France” çərşənbə axşamı İtaliya ilə bütün əlaqələri aprel ayının əvvəlinə qədər dayandıracağını bildirib.

İspaniyada məktəb və ali təhsil müəssisələri, uşaq bağçaları Bask ölkəsi də daxil olmaqla hökumətin yeni qərarı ilə bağlanıb.

Avropa Birliyinin təcili zirvə toplantısında koronavirusla mübarizə üçün 25 milyard avro ayrılması qərara alınıb, 7 yarım milyarddan artıq vəsait bu həftə müvafiq şöbələrin hesablarına keçəcək.

Fransa Prezidenti həmvətənlərinə epidemiyanın zirvəsinin yaxınlaşacağını xəbərdar edib, lakin dünyaca məşhur səhiyyə sisteminin hər şeyə hazır olduğunu bildirib.

Bununla yanaşı, Çində epidemiya öz zirvəsinə çatıb. Buna baxmayaraq ,həmrəylik jesti olaraq, Pekin İtaliyaya onlarla həkim, iki milyon tibbi maska və minlərlə ağciyər ventilyasiya cihazlarını göndərir.

Avstriya da de-fakto sağlamlıq haqqında tibbi arayışı olmayanlar üçün sərhədləri bağlayıb. Eyni tədbirlər Slovakiya tərəfindən də həyata keçirilir.

Avstriya da de-fakto sağlamlıq haqqında tibbi arayışı olmayanlar üçün sərhədləri bağlayıb. Eyni tədbirlər Slovakiya tərəfindən də həyata keçirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*