İtaliyalı nazir çıxış zamanı öskürdü, narazılıq yarandı – VİDEObackend

İtaliyalı nazir çıxış zamanı öskürdü, narazılıq yarandı - VİDEO

İtaliyanın Baş naziri Cüzeppe Konte parlamentdə koronavirusa həsr olunmuş iclas zamanı öskürməyə başlayıb.

KONKRET.az “Hürriyet”ə istinadən xəbər verir ki, parlamentdə olan müxaliflər buna sərt reaksiya göstərərək, ondan maska taxmasını tələb ediblər.

Bununla bağlı yayılan kadrlardan görünür ki, baş nazir nitqini kəsərək, su içib və nitqinə davam etmək istəyib. Ancaq yenə öskürməyə başlayıb.

Vəziyyəti belə görən Konte boğazında problem olduğunu deyərək, çıxışını yarımçıq bitirib.

Baş nazirin öskürək tutması koronavirusdan ən çox zərər çəkən ölkələrdən biri olan İtaliya mediasında böyük müzakirələrə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*