İtaliyalı nazir: “Kiyevə göndərilən silahlar Rusiyaya zərbə endirmək üçün istifadə oluna bilməz”backend

İtaliyalı nazir: “Kiyevə göndərilən silahlar Rusiyaya zərbə endirmək üçün istifadə oluna bilməz”

“Kiyevə göndərilən silahlar Rusiyaya zərbə endirmək üçün istifadə oluna bilməz”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Nazir Luici Di Mayo bildirib ki, Romanın rəsmi Kiyevə göndərdiyi silahlar Rusiyanı məğlub etmək üçün istifadə oluna bilməz.

Di Mayo Ukraynaya silahların özünümüdafiə üçün göndərildiyini vurğulayıb:

“İtaliya sülhün əldə olunması istiqamətində fəaliyyətini davam etdirir. Amma biz Rusiya ərazisinə zərbə endirmək üçün silah verə bilmərik” – deyə nazir bildirib.

Xatırladaq ki, daha öncə Avropa Parlamentinin üzvü, Fransanın keçmiş nəqliyyat naziri Thierry Mariani də Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb.

Bu arada Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynaya gələn silah və sursat dolu NATO maşınlarının Rusiya hərbçiləri tərəfindən məhv ediləcəyini açıqlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*