İtkin qızlar 10 gün sonra tapıldı: Onları taksi sürücüsü gizlədibmiş – TƏFƏRRÜATbackend

İtkin qızlar 10 gün sonra tapıldı: Onları taksi sürücüsü gizlədibmiş - TƏFƏRRÜAT

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. 

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

***

Bakının Maştağa qəsəbəsində itkin düşmüş 2007 və 2008-ci il təvəllüdlü iki qız polis əməkdaşları tərəfindən tapılıb.

Bu haqda KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.

“Paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.”, – məlumatda deyilir.

Qeyd edək ki, onlar dayıqızı-bibiqızıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*