İxtiralarla məşhur Çin bu dəfə YARITMADI – “Bayraktar TB2”ni təkrarladıbackend

İxtiralarla məşhur Çin bu dəfə YARITMADI - “Bayraktar TB2”ni təkrarladı

Çinin texnologiya şirkəti Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı (PUA) “Bayraktar TB2”nin surətini yaradıb.

KONKRET.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çinin müdafiə sənayesinin mühüm şirkətlərindən biri olan “CETC”in istehsal etdiyi PUA-lar “Zhuhai Airshow 2022” sərgisində nümayiş olunub.

51 milyard dollar sərvəti olan şirkətin “yeni” məhsulunun “Bayraktar TB2” PUA-ı ilə oxşarlığı diqqət çəkib.

Şirkət sərgidə PUA-nı özünün ən son inkişaf modeli kimi təqdim edib.

Qeyd edək ki, daha əvvəl ABŞ-na məxsus şirkət “Penguen” PUA-ı ilə bütün dünyanın diqqətini cəlb edən “Bayraktar TB2”ni təkrarlayıb. Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*