İzmirdəki İsveç Konsulluğunda silahlı hücum – Yaralı varbackend

İzmirdəki İsveç Konsulluğunda silahlı hücum - Yaralı var

Türkiyənin İzmir şəhərində İsveçin Fəxri Konsulluğu binası qarşısında silahlı hücum olub.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, silahlı hücuma məruz qalan qadın xəstəxanaya aparılıb, şübhəli şəxs nəzarətə götürülüb.

Bədəninin müxtəlif yerlərindən xəsarət alan və həyati təhlükəsi olan qadın Tepecik Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Hücumu edən şübhəli isə əlindəki tabança ilə tutulub.

Polislər hadisə ilə bağlı irimiqyaslı araşdırma başladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*